Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, hadisələrdən biri Ağcabədi rayonunda baş verib. İyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub.
Digər hadisə Xaçmazda qeydə alınıb. İyulun 16-da Xaçmaz rayonunun Məmmədxanlı İlxıçı kəndində azyaşlı Mirzəbəy Kərimov ehtiyatsızlıqdan su kanalına düşərək boğulub.
Faktlarla bağlı araşdırma aparılır.