Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının Xəzər TV-də işə başladığı haqqında xəbər vermişdik. Bir müddət əvvəl sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifi Xoşqədəm Hidayətqızı idi. Onun efirlərdən ayrılacağı haqqında xəbərlər də yayılmışdı.
Unikal.org xəbər verir ki, amma Milli.Az-a daxil olan məlumata görə, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdən "Xoşqədəmlə axtarıram səni" layihəsi ilə yenidən efirə qayıdacaq. Məlumatda, həmçinin bildirilir ki, onunla bu telekanalda vaxtilə ATV-də çalışan, Xoşqədəmlə heç vaxt əməkdaşlıq etməyən həmkarları da birlikdədirlər. Hazırda veriliş üzərində iş gedir və formatında bir az dəyişiklik edilir.
Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərinə aparıcılıq edib.
Aparıcı analıq məzuniyyətinə çıxarkən "Deməsək olmaz" proqramını İradə İsaqa həvalə etmişdi.