Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olmuş və hazırda Almaniyada səfir statusunda olan Hüseyn Avni Karslıoğlu 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd zamanı ayağından güllə yarası alıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada vertolyotdan açılan atəş nəticəsində ayağından yaralanan Karslıoğlunun vəziyyətinin yaxşı olduğu öyrənilib. Xəstəxanaya qaldırılan Karslıoğlu, müalicə sonrası evinə göndərilib. Karslıoğlunun qıçındakı zədə baxmayaraq hərəkət edə bldiyi deyilir.
Xatırladaq ki, 2 iyun tarixində Bundestaq böyük səsçoxluğu ilə 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri "ermənilərin soyqırımı kimi tanıdan qətnaməni təsdiq etdiyindən Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğu məsləhətləşmə üçün vətəninə geri çağırılıb.