Türkiyə paytaxtında növbəti atışma baş verib.
Unikal.org cnn.türkə istinadən verdiyi məlumata görə, bu gün Ankara ədliyyə binasının önündə naməlum şəxs odlu silahdan atəş açıb. Polis dərhal ərazidə nəqliyyatın hərəkətini dayandırıb və əməliyyata başlayıb. Əməliyyat zamanı atəş açan şəxs öldürülüb.
Qeyd edək ki, ədliyyə binasında hakimlər və prokurorlar çalışır.