Türkiyədə hərbi çevriliş cəhdindən sonra dövlət orqanlarında başlayan kütləvi "təmizləmə"lər dini idarəni də əhatə edib.
Unikal.org APA-ya istinadən bildirir ki, Türkiyə Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb.
Onların "paralel dövlət" adlandırılan "Fətullahçı Terror Təşkilatı"na yaxın şəxslər olduğu bildirilir.