TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb.

Unikal.org Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Ankara Prokurorluğu onları FETÖ ilə əlaqəli olmaqda şübhəli sayır.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdi zamanı TRT-nin binası qiyamçılar tərəfindən tutulub, kanal rəhbərliyi və əməkdaşları girov saxlanıb. Daha sonra qiyamçılar aparıcı Tijen Karaşı bəyanat oxumağa məcbur ediblər.