Türkiyədə başından vurulan bələdiyyə sədrinin müavini həyatını itirdi.
Unikal.org xəbər verir ki, dünən Şişli Bələdiyə binasına gələn iki nəfər sədr müavini ilə mübahisə edib. Arasında ədavət olduğu bildirilən şəxslərdən biri Cəmil Candaşı başından vurub.
Şişli Bələdiyyə Başçı Köməkçisi Cəmil Candaş bu gün Türkiyə vaxtı ilə saat 17.15 yerləşdirildiyi xəstəxanada həyatını itirib.
Qeyd edək ki, hücum edən şəxslərdən birinin 1980-ci il təvəllüdlü Şenol Şahin olduğu bildirilir. Şenol Şahin polis tərəfindən saxlanılıb. Dörd nəfərdən ibarət qrup bələdiyyə binasına 10 dəfə atəş açıblar.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.