Ankara Baş Prokurorluğu TRT-də Fətullah Gülən ilə əlaqəsi aşkar edilən 370 nəfərlə bağlı istintaq işi başladıb.
Unikal.org Türkiyə KİV-nə istinadla bildirir ki, xəbər aparıcısı Tijen Karaşa bəyanat oxudan hərbçilərin kanal əməkdaşları ilə əlaqəsinin olub-olmamasına görə Ankara Respublika Baş Prokurorluğu hərəkətə keçib.
Ankara Baş Prokurorluğu TRT-də çalışan 370 nəfərlə bağlı istintaq işi başladıb.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olunub.