"Zaman-Azərbaycan qəzeti fəaliyyətini dayandırıb.
Unikal.org apa-ya istinadən xəbərinə görə, saytın təsisçilərinin yaydığı bəyanatda bildirilir: " Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz - "Zaman-Azərbaycan qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən "Zaman-Azərbaycan qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik".