Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov öz feysbuk hesabında yazıb. 

Onun sözlərinə görə, tələbələr təhsilini olduğu kimi, davam etdirəcək. Müəllim və pedoqoji heyətin də fəaliyyətində dəyişiklik olmayacaq.