Mətbuat Şurası "Zaman Azərbaycan qəzetinə xəbərdarlıq edib. Unikal.org-a daxil olan məlumatda bildirilir ki, Türkiyə Cumhuriyyətində baş verən prosesləri işıqlandırmaq, Azərbaycan auditoriyasına çatdırmaq, müxtəlif hadisələrə dair rəy və şərhlər hazırlamaq mediamızın başlıca fəaliyyət istiqamətlərindəndir.
Mediamızın Türkiyə ictimaiyyəti ilə həmrəyliyi fonunda Azəbaycanda nəşr olunan "Zaman Azərbaycan qəzetinin fərqli mövqe tutmasından, Türkiyədə dövlət çevrilişinin hazırlanmasında adı hallanan Fətullah Güləni təbliğ etməsindən, bu xüsusda onun Türkiyə iqtidarına qarşı fikirlərini tirajlamasından narahatlıq bildirilib. Qeyd olunub ki, təsisçilər Anar Qaraxançallının, Ürfan Məmmədlinin, Pənah Abdurahmanlının "Zaman Azərbaycanın və onun elektron versiyası olan "zaman.az saytının fəaliyyətinin dayandırıldığına dair müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmış birgə bəyanatı da məsələyə reaksiya verilmədən keçilməsi üçün əsas yaratmır. Çünki qəzetdə və "zaman.az saytında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra yayımlanmış materiallar Azərbaycan ictimai rəyini yanlış məlumatlandırmağa xidmət edib. Buna görə də Mətbuat Şurası "Zaman Azərbaycan qəzetinə xəbərdarlıq edir. Qurum nəşrin təsisçilərinin diqqətinə çatdırır ki, gələcəkdə media fəaliyyəti ilə məşğul olarkən mütləq qaydada Şuranın xəbərdarlığından nəticə çıxarsınlar, yol verdikləri nöqsanları bir daha təkrarlamasınlar.