Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkədəki hərbi çevriliş cəhdindən sonra keçirilən iclası başa çatıb.
Unikal.org-un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantı 4 saat 40 dəqiqə davam edib.
İclasda qəbul olunan qərarlar bir qədər sonra açıqlanacaq. Bundan sonra Nazirlər Kabinetinin toplantı keçirəcəyi deyilir.