Belçikanın paytaxtı Brüsseldə polis iki saatdan çoxdur ki, güman edilən terrorçunu nişanda saxlayır.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, Belçika təhlükəsizlik gücləri bütöv rayonu mühasirəyə alıblar.
Güman edilən terrorçunun plaşının altından məftillər görünür. Onun üzərində partlayıcının olması ehtimal edilir. Onun diz üstə dayanması və əllərini boynunun arxasına qoymasına baxmayaraq, polis partlayış təhlükəsinə görə şübhəliyə yaxınlaşa bilmir.
Sakinlər və bütün müəssisələrin əməkdaşları hadisə rayonundan təxliyyə edilib. Belçika polisinin nümayəndələri bildiriblər ki, vəziyyət nəzarət altındadır, ancaq şübhəlini həbs etmək hələ mümkün olmayıb.
Xatırladaq ki, bu gün Brüsselin mərkəzində yerləşən bir neçə küçə partlayış təhlükəsinə görə mühasirəyə alınmışdı.
Polis təxminən dörd saat davam edən əməliyyatdan sonra güman edilən terrorçunu saxlayıb. "Libre Belgique qəzetinin elektron versiyasının məlumatına görə, şübhəli tələbə fizikdir. "Soir qəzetinin elektron versiyasının məlumatına görə, saxlanılan elektromaqnit dalğaları və radiasiya fonunun səviyyəsini ölçürdü.