Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini Elnur Təmrəzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov tutulub.
O, Bakı şəhər sakini S.H-ya (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 1200 ABŞ dolları alarkən yaxalanıb.
Hakim Samir Əliyevin sədrliyi ilə Elnur Təmrazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məlum olub ki, Elnur Təmrazov əvvəllərdə məhkum olunub.