Bakıda yerləşən Nəriman Nərimanov adına parkda serebral-iflic xəstəliyindən əziyyət çəkən 7 yaşlı Hüseyn üçün xeyriyyə konserti keçirilib.

Unikal.org xəbər verir ki, şou-biznesin tanınmış ulduzları Ədalət Şükürov, Lalə Məmmədova, Samira Allahverdi, Natavan Həbibi, Gülay Zeynallı, Günay İbrahimli və başqaları 7 yaşlı Hüseynə dəstək olmaq üçün bir araya gəlib. 

Həm sevilən mahnılarını oxuyan, həm də Hüseynə maddi yardım edən məşhurlar konserti izləməyə gələnlərə əyləncəli anlar yaşadıb. Konsertin aparıcılığını Afaq Gəncəli edib.