Bu ilin 6 ayı ərzində Naxçıvan şəhərində 12 silah könüllü olaraq polisə təhvil verilib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən əhalidə olan qanunsuz silahların yığılması ilə bağlı daim profilaktik tədbirlər həyata keçirilir.
Naxçıvanda aparılan maarifləndirmə işləri nəticəsində cari ilin altı ayı ərzində 3 ədəd yivli, 9 ədəd yivsiz silah vətəndaşlar tərəfindən tapılaraq könüllü olaraq polisə təhvil verilib.