"Space televiziya kanalında hava proqnozunu təqdim edən qaradərili xanım işdən uzaqlaşdırılıb.
Unikal.org-un məlumatına görə, bu barədə AzNews.az-a "Space telekanalından məlumat verilib. Bildirilib ki, Tendai Shereni artıq televiziyada çalışmır.
Qeyd edək ki, "Azərbaycan qəzeti "Space televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib. "Afrikadan gəlmiş "Azərbaycan gözəli adlı məqalədə kanal bu seçiminə görə tənqid olunub.