İyulun 21-də Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə ilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, müxtəlif KİV-lərin əməkdaşları iştirak edib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, Milli Mətbuatın 141-ci ildönümü münasibəti ilə mətbuat nümayəndələrini təbrik edib, onlara işlərində uğurlar arzulayıb: "Keşməkeşli sovet dövründə mətbuat üçün çox çətin olub. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra mətbuata azadlıq verilib, mətbuata nümayəndələrinə xüsusi qayğı göstərilib, şərait yaradılıb, evlərlə təmin edilib. Hazırda 500-dən artıq mətbuat, media nümayəndəsi azad şəkildə fəaliyyət göstərir".
İcra başçısı ölkədə aparılan islahatlar, quruculuq işləri haqda məlumatların daim ictimaiyyətə, dünyaya çatdırılmasını arzulayıb: "Ucqar kəndlərdə böyük xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir. Bunların da insanlara çatdırılmasında mətbuatın böyük xidmətləri var".
Daha sonra icra başçısı Süleyman Mikayılov bir daha Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək, xüsusi hədiyyələr verib.