Tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.
Unikal.org-un məlumatına görə, bu barədə "Qafqazinfoya Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib. O bildirib ki, Şəfiqə Nağıyevanın fəaliyyəti ilə bağlı ötən gün kollegiyada iclas keçirilib: "Qərara alındı ki, onun fəaliyyəti 6 ay müddətinə dayandırılsın. Haqqında olan iş materiallarının araşdırılması üçün Baş Prokurorluğa müraciət edildi. Buna səbəb isə müdafiə etdiyi şəxsdən külli miqdarda pul almasıdır. Bundan əlavə, Şəfiqə Nağıyeva Rəyasət Heyətinə hörmətsizlik edir, iclaslarda iştirak etmir və digər qaydaları pozur. Ona görə də onun vəkillik fəaliyyəti dayandırılıb.