Bakı şəhərini təmsil edən "İçərişəhər klubu mövsümün qalibi oldu

"Brain Ring intellektual müsabiqəsinin 7-ci mövsümü artıq başa çatdı. "Narın ənənəvi olaraq dəstək olduğu bilik yarışına ölkənin 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda qatıldı. Beş ay boyunca davam edən bilik mübarizəsindən sonra mövsümün qalibi Bakı şəhərini təmsil edən "İçərişəhər klubu oldu.

"Nar bütün iştirakçıları və qalibləri bu uğurlu layihədə iştirak münasibəti ilə bir daha təbrik edir.

Qeyd edək ki, "Nar gənclərin maarifləndirilməsinə və intellektual fərdlərin formalaşmasına yönələn layihələri özünün Korporativ Məsuliyyət Strategiyası (KSM) çərçivəsində dəstəkləməyə davam edəcəkdir.

"Narın korporativ məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.