Robert Köçəryanın yolu açılır
13:35 12-06-2012
İQTİSADİYYAT
Robert Köçəryanın yolu açılır
Rusiya hərbi ovqatı daha da gücləndirəcək
Atəşkəsin sistemli şəkildə pozulması və erməni tərəfinin ciddi itkilər verməsi Ermənistanda bir mənalı qarşılanmayıb. Əsasən vətəndaş cəmiyyəti institutları hakimiyyətədən real hesabat verməyi istəyirlərsə, Rusiyaya bağlılığı olan siyasi qüvvələr və ictimai xadimlər isə müharibəyə başlamağı tələb edirlr. Bu məqsədlə Ermənistanda nüfuzlu şəxslərin və generalların, müharibə veteranlarının toplantısı təşkil edilib. Toplantıda iştirak edən hərbçilər dərhal müharibəyə başlamağı tələb ediblər.
Ermənistan rəhbərliyi ilə Rusiyanın himayəsində olan generallar arasında ciddi gərginlik müşahidə olunur. Ermənistan rəhbərliyində belə bir qorxu var ki, cəbhə xəttində vəziyyət gərginləşərsə, hərbçilər hakimiyyəti ələ keçirtməyə cəhd edəcəklər.Çox maraqlıdır ki, hazırda Rusiya atəşkəsin pozulmasından Ermənistanın daxilində istifadə etməyə çalışır və deyəsən, buna nail olur.
Öncəliklə bunu qeyd edək ki, Ermənistan rəhbərliyinin xəbəri olmadan Rusiya Ermənistandakı 102-ci hərbi bazasında dislokasiya olunmuş qırıcıları döyüşə hazırlaşdırıb. Xəbərdə deyilir ki, Rusiya reaktiv qırıcıları Ermənistan səmasında təlim uçuşlarını artırıb. Bununla Rusiya aydın şəkildə mesaj göndərir ki, istənilən vaxt Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsinə görə başlaya biləcək münaqişəyə müdaxilə edəcək, digər tərəfdən isə sübut edir ki, Ermənistan tam olaraq onun nəzarətindədir. Bunu da xatırladaq ki, 2012-ci ildə Rusiyanın Ermənistandakı hərbi bazalarında təlim uçuşlarının sayı 20 faiz artaraq 300-ə çatdırılıb.
Rusiya nədən Ermənistanda hərbi ab-havanın yaranmasına çalışır? Ekspertlər bunun bir neçə səbəbini irəli çəkirlər ki, bunlardan biri də Ermənistanda olacaq prezident seçkiləri ilə bağlıdır. Qeyd olunur ki, keçmiş prezident Robert Köçəryandan fərqli olaraq Serj Səriksyan Rusiyaya yox, Qərbə daha çox meyillənir və ABŞ dövlət katibinin son səfərində də bu öz təsdiqini tapdı. Belə ki, yenidən Türkiyə ilə münasibətlər məsələsi ortaya çıxdı və ümumi baxışlardan aydın olur ki, Ermənistan rəhbərliyi belə bir riskli addım atmaq istəyir. Bu isə sözsüz ki, keçmiş döyüşçüləri qane edə bilməz və bunu Rusiya yaxşı görür. Buna görə də müharibə ovqatını gücləndirməklə Rusiya bu qüvvələri gündəmə gətirir və hakimiyyəti onları asılı duruma salır.
Nəyə görə?
İlk növbə də ona görə ki, bu qüvvələr keçmiş prezident Robert Köçəryana daha yaxındırlar və Rusiya çalışır ki, Serj Səriksyan postunu yenidən Robert Köçəryana versin.
Son parlament seçkilərində aydın oldu ki, parlamentdə ikinciliyi Robert Köçəryana məxsus partiya tutdu. Bu səbəbdən Robert Köçəryanın cəmiyyət tərəfindən yenidən qəbul olunması prosesinə başlanıldı və bunun qayəsində Dağlıq Qarabağ məsələsi dayanır.
Ekspertlər hesab edirlər ki, bu gün yaradılan mühit elədir ki, prezident seçkiləri olarsa, Robert Köçəryan prezident kürsüsünü rahatlıqla əldə edə bilər. Bunu nəzərə alan Ermənistan rəhbərliyi də çalışır ki, atəşkəsin pozulması ölkədaxili proseslərə təsir etməsin. Buna görə də mediada, demək olar ki, atəşkəslə bağlı xəbərlərə çox az rast gəlmək olur.
Amma bu da söylənilir ki, Serj Sərkisyan durumu olduğu kimi saxlaya bilməyəcək. Çünki hərbçilər arasında Robert Köçəryanın nüfuzu günbə-gün artır.
Müşahidəçilərin fikrincə, Robert Köçəryanın prezidentliyi dövründə hərbiçilərin durumu daha yaxşı idi və orduda indiki kimi korrupsiya çox yayılmamışdı. İndi isə vəziyyət fərqlidir və bunun məsuliyyəti prezidentin üzərindədir.
Qeyd edək ki, Robert Köçəryan ilk dəfə prezidentlik kürsüsünə məhz hərbçilərin dəstəyi ilə gəlmişdi. Yenə də eyni proseslər təkrarlanır. Yaxın zamanlarda Qərb Ermənistana təsir edə bilməsə, Rusiya öz layihəsini asanlıqla həyata keçirə biləcək.
Çox maraqlı haldır ki, hadisələrə dünya erməni lobbisi də artıq müdaxilə edə bilmir. Çünki Rusiya ilk növbədə bu problemi aradan qaldırmışdı. Bildirilir ki, bundan sonra Rusiya regionda gərginliyi daha da artırmağa çalışacaq və beləcə, bir tərəfdən Ermənistanı tam olaraq nəzarətinə götürəcək, digər tərəfdən isə Robert Köçəryanın hakimiyyətə gəlməsini təmin edəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00