Gömrükçülər "Tramadol və marixuananın ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən unikal.org-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşa məxsus əl yüklərinin içərisində 600 ədəd həb şəklində "Tramadol adlı güclü təsir edən maddə aşkar olunub.
Balakən Gömrük İdarəsinin "Mazımçay gömrük postunun piyada xəttinə isə Gürcüstan Respublikasına getmək üçün daxil olan Azərbaycan vətəndaşına məxsus siqaret qutusundan bir ədəd bükümdə, 2 qram narkotik vasitə olan - marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.