Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.