Bu gün Moskvada öldürülən şəxslərin milliyyətcə erməni və qırğız olduğu məlum olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, "Moskovski Komsomolets nəşrinə istinadən verdiyi məlumata görə, onlardan biri 69 yaşlı Lev Kamalyan, digəri isə 36 yaşlı Nurik Munduzovdur.
Hadisə şahidinin sözlərinə görə, onları sərxoş gənclər qətlə yetirib. Gənclərin skinhed olduqları ehtimal edilir.
Xatırladaq ki, Rusiya paytaxtında iki azərbaycanlı qətlə yetirilib, biri ağır yaralanıb.
Hadisə paytaxtın "Ryanzanskiy prospekt" metrosunun yaxınlığında baş verib.
Naməlum şəxs və şəxslər bu gün səhər saatlarında kiçik ticarətlə məşğul olan 3 azərbaycanlıya soyuq silahla hücum edib. Nəticədə adları hələlik açıqlanmayan 1947-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü həmyerlilərimiz qətlə yetirilib. Digər həmyerlimiz (1981-ci il təvəllüdlü) isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Həmyerlilərimizdən birinin təcili tibbi yardım maşınında keçindiyi bildirilir.