Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Ağəli Muxtarovun mağazasından 350 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ruslan Məmmədov tutulub.


Faktla bağlı araşdırma aparılır.