Ədliyyə NazirliyiPenitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçirib.
Unikal.org xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı xəbərə görə, avqustun 14-dəƏdliyyə NazirliyiPenitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri, Suraxanı rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd "AKS tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.
Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.