Türkiyədə şirkətlərin birində çalışan və orada işçiləri avtobusla daşımaqla məşğul olan şəxs işdən çıxarıldığını bilcək qeyri-adi üsula əl atıb.
Unikal.org xəbər verir ki, sürücü şirkətin həyətində avtobusu yandırıb.
Çerkezköydə bir fabrikin işçilərinin daşımaçılığını edən adam, işinə son verildiyi səbəbiylə avtobusunu yandırdı.
Fabrikdə təxminən 5 aydır çalışan Mehmet Görgülü avtobusu yandırmağına belə açıqlama verib: "Mən burada çalışmağım üçün 800 min lira borclanmışam. Burdan çıxıb işsiz qalacam və borclarımı ödəyə bilməyəcəm. Həmçinin mənə xəbərdarlıq edilmədən işimə xitam verilib. Bax buna görədə bu addımı atdım"
Yanğın zamanı avtobus tam yararsız hala düşüb. Mehmet Görgülü isə polis tərəfindən saxlanılıb.