Salyan rayonunda ağır yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən məlumatına görə, hadisə bir neçə dəqiqə bundan əvvəl Ələt-Astara magistral yolunu rayonun Noxudlu kəndinə gedən yolun yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-21015 markalı avtomobil "KAMaz markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 2 nəfər ağılr yaralanıb. Onların soyadları bilinməsə də, birinin adının Yasər, digərinin isə Rəsul olduğu dəqiqləşdirilib.

Əlavə məlumat veriləcək.