Avqustun 10-da Bakı şəhər sakini Ceyhun Namazovun idarə etdiyi "VAZ-2106 markalı avtomobildə Nəsimi rayonu ərazisindən itkin düşməsi barədə 22-ci PB-yə məlumat daxil olub.

Unikal.org-un DİN-in saytına istinadən məlumatına görə, avqustun 16-da DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları avtomobilin H.Əliyev prospektində hərəkətdə olmasını aşkar edib və izləyərək saxlanılması üçün məlumatı aidiyyəti üzrə ötürüblər.

Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən avtomobil Nərimanov rayonu ərazisində saxlanılıb və sürücü C.Namazov Nəsimi RPİ 22-ci PB-yə təhvil verilib.