Şamaxı rayonunda intihar hadisəsi baş verib.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, Mədrəsə qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Hüseynov Həsrət Babasəlim oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb.
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.