NIDA vətəndaş hərakatının həbsdə olunan üzvü Elgiz Qəhrəman Bakı İstintaq İdarəsinə köçürülüb.

Unikal.org xəbər verir ki, Lent.az-a bu barədə vəkil Nemət Kərimli məlumat verib. O, bildirib ki, Elgiz Qəhrəman bu gün "Bantondeldən Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq İdarəsinə köçürülüb.
Vəkil bildirib ki, nahardan sonra Elgiz Qəhrəmanla görüşməyə calışacaq.
Qeyd edək ki, Elgiz Qəhrəmana Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəman barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, avqustun 12-də saxlanılıb. Verilən ittihama görə, Onun üzərinə baxış zamanı 3,315 qram heroin aşkarlanıb.
Avqustun 13-də isə E.Qəhrəman barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.