Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir qeyri-adi hadisə baş verib.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Nigeriya millisi, nəhayət ki, parad formalarına qovuşub.

Belə ki, Olimpiadanın açılış və bağlanış mərasimlərində idmançıların geyindiyi parad formaları yarışın startından 13 gün sonra Braziliyaya çatıb. Nigeriyalı atletlər açılış mərasimində paradı təlim-məşq forması ilə keçmişdilər. Yaponiyalı tanınmış plastik cərrah Katsuya Takasu Afrika ölkəsindəki maliyyə problemini öyrəndikdən sonra parad formalarının hazırlanması üçün 200 ABŞ dolları yardım edib.
Nigeriyalı idmançılardan biri açıqlamasında açılış mərasimində parada yüngül atletika yığmasının dünya çempionatı üçün nəzərdə tutulmuş formalarında çıxdıqlarını bildirib.