QHT rəhbərinin qəzada ölməsi ilə bağlı rəsmi məlumat yayıldı.
Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a daxil olan məlumata görə, avqustun 19-da saat 19.00 radələrində Beyləqan rayonunun Əlinəzərli kəndində Bakı şəhər sakini Nazir Quliyev idarə etdiyi "Toyota markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, N. Quliyev Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri idi.