Rio-de-Janeyro keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Şərif Şərifov (86 kq) bürünc medal qazanıb.

Unikal.org-un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu son təsəlliverici görüşdə venesuelalı Pedro Fransisko Sebalyos Fuentesi məğlub edib - 5:1.

Bununla da 2012-ci il London olimpiadasının qalibi bu dəfə Azərbaycanın aktivinə 15-ci medalı yazdırıb.

***

19:18

Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov (86kq) finala vəsiqə qazana bilməyib.

London olimpiya oyunlarının qalibi yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. "Bakı-2015 I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib.

Bununla da "London-2012in qalibi olan Şərifov titulunu qoruya bilməyib.

***

18:34

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov yarımfinala yüksəlib. 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz 1/4 finalda da inamlı qələbə qazanıb.

Şərifovun budəfəki rəqibi Polşa təmsilçisi Mateus Baranovski olub. Güləşçimiz ilk hissədə 3, ikinci hissədə 4 xal qazanıb və qarşılaşmanı 7:0 hesabı ilə xeyrinə başa vurub.

***

17:44

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifov ilk görüşünü keçirib.

86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionunun 1/8 finaldakı rəqibiÇin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb.

Olimpiya çempionu ikinci hissənin əvvəlində 10:0 hesablı qələbə ilə görüşü vaxtından əvvəl xeyrinə yekunlaşdırıb.

Bununla daŞərif Şərifov 1/4 final mərhələsinə yüksəlib.