Bakıda daha bir dələduzluq faktı baş verib. Unikal.org-un Lent.az-a istinadən verdiyi məlumata görə, paytaxt sakini Həsənova Gülər Telman qızı polisə ərizə ilə müraciət edərək bildirib, 2016-cı ilin aprel ayının ortalarında tanışı 1984-cu il təv:Həsənzadə Mirələm Namət oğluna Neftçilət prospekti 48-də Park Bulvar ticarət mərkəzində 3000 dollar və 600 manat verib.

 

G.Həsənovanın şəriki olan həmin şəxs iş qurmaq adı ilə aldığı pula heç bir iş görməyib və vəsaiti geri qaytarmayıb.

 

 

Araşdırma aparılır.