Ukrayna milli polisi rəhbərinin müavini Vadim Troyan ölkə ərazisindən son dörd ayda 11 "qanuni oğrunun çıxarıldığını bildirib.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, həmin şəxslərin heç birinin Ukrayna vətəndaşlığı olmayıb.
"Mən kriminal polisin şefi olanda biz ölkədə 28 "qanuni oğru olduğunu saymışdıq. Dörd ay ərzində Ukrayna vətəndaşlığı olmayan 11 "qanuni oğrunun ölkə ərazisindən çıxarılmasına nail olmuşuq, - o, vurğulayıb.
Troyan onu da əlavə edib ki, "qanuni oğrular deportasiyadan sonra yenidən qayıtsalar da, hakimiyyətin səyi nəticəsində yubanmadan yenidən ölkədən çıxarılırlar.
İyul ayında Odessada əvvəllər məhkum olunan Tsrutsi ləqəbli "qanuni oğru saxlanıldıqdan sonra Gürcüstana göndərilib.