Rio 2016 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar bu gün vətənə qayıdıblar.
Unikal.org xəbər veri ki, olimpiyaçılarımızr Heydər Əliyev Beynəlxalq Hava Limanına böyük coşqu ilə qarşılanıblar.
Deyildiyi kimi Füzuli və Cəbrayılın işğalının 23-cü ildönümü ilə əlaqədar qarşılanma mərasimində şən musiqi ifaları səsləndirilməyib.
Hərbi musiqi və arşlara üstünlük verilib.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunub.
Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.
Azərbaycanı Rio olimpiadasında 7 hakim də təmsil edib - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi güləş), Zaur Abdullayev (boks)