Avropa Liqasında pley-off mərhələsinin
cavab oyunları keçirilib.
Unikal.org-ın məlumatına görə, ilk olaraq təmsilçimiz
"Qarabağ meydana çıxıb.
Ağdam klubu Bakıda "Göteborqu (İsveç)
qəbul edib.
Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı
ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə 3:0 hesabı ilə qalib gəlib və
qrup mərhələsinə yüksəlib. "Qarabağ" üç dəfə Avroliqanın qrup mərhələsinə
düşən ilk Azərbaycan klubu olub.
25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin
cavab oyunu
20:30.
"Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) - 3:0
Qollar:Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana,
51(3:0)
İlk oyun 0:1
Baş hakim:Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim:Kiril Levnikov (hamısı Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
***
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutur.
Unikal.org-un məlumatına görə, ilk olaraq təmsilçimiz "Qarabağ meydana çaxıb.
Ağdam klubu Bakıda "Göteborqu (İsveç) qəbul edib.
Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq iki top fərqi ilə qalib gəlməlidir.
Komandamız bunu bacarmaq üzrədir. Çünki təmsilçimiz ilk hissəni 2:0 hesabla başa vurub. Əgər bu nəticəni qoruyarsa tarixində 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanacaq.
25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) - 2:0 (Fasilə)
Qollar:Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0)
İlk oyun 0:1
Baş hakim:Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim:Kiril Levnikov (hamısı Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu