Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutur.
Unikal.org-un məlumatına görə, ilk olaraq təmsilçimiz "Qarabağ meydana çaxıb.
Ağdam klubu Bakıda "Göteborqu (İsveç) qəbul edib.
Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq iki top fərqi ilə qalib gəlməlidir.
Komandamız bunu bacarmaq üzrədir. Çünki təmsilçimiz ilk hissəni 2:0 hesabla başa vurub. Əgər bu nəticəni qoruyarsa tarixində 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanacaq.
25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) - 2:0 (Fasilə)
Qollar:Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0)
İlk oyun 0:1
Baş hakim:Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim:Kiril Levnikov (hamısı Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu