Evin zirzəmisini qazıb, 150 min manat pul oğurlayıblar. Hadisə paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva polisə məlumat verib ki, evdə olmadığı vaxt mənzilinin zirzəmisində torpaqda basdırdığı 150 min manatı oğurlayıblar.
Dərhal hadisə yerinə polis gəlib araşdırmalara başlayıb. Zərərçəkmiş qadın polisə ifadəsində qeyri-rəsmi yaşadığı kişidən şübhələndiyini deyib. Faktla bağlı cinayət işi başlanıb, polis cinayətkarı axtarır.
Abşeronda isə polisə yalan məlumat verən şəxs saxlanılıb. Şamaxı sakini 35 yaşlı Raqib Həşimov ''102''-i qaynar xəttinə məlumat verib ki, sərxoş vəziyyətdə olduğu vaxt naməlum şəxslər çantasından külli miqdarda pul, mobil telefon və sənədlər götürüblər.Araşdırmaya başlayan polis müəyyən edib ki, Rafiq Həşimov polisi bilərəkdən aldadır.
Dindirmə zamanı Raqib Həşimov həmin gün Şamaxıda yeyib içib sərxoş olduqdan sonra Bakıya gəldiyini deyir. Yolüstü Abşeron rayonunda da normadan artıq spirtli içki qəbul etdiyindən küçədə yatıb və bu səbəbdən də törətdiyi əməldən xəbəri olmadığını deyir.
Bu faktla bağlı da Abşeron rayon polis idarəsində müvafiq maddə ilə Raqib Həşimov barəsində cinayət işi başlanıb, istintaq davam edir.