Rio 2016 Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində iştirak edən və bürünc medal qazanan Rəsul Çunayev Balakənə gəlib.

Unikal.org kanals-ə istinadən xəbər verir ki, Balakən rayon Qabaqçöl kəndində boya-başa çatan, 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı Rəsul Çunayev həmyerliləri tərəfindən böyük təntənəylə qarşılanıb.

Qarşılanma mərasimində çempionun yaxınları ilə birlikdə onun idmançı yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər. İdmançı öz təəssüratlarını bizimlə bölüşüb.

"Gələn Olimpiadada bürünc medalı qızılla əvəz edəcəm", - deyən idmançı bundan sonra daha da əzmlə məşqlərini davam etdirəcəyini bildirib.