Abşeron rayonunda oğurluq olub.
Unikal.org-un "Reporta istinadən xəbərinə görə, hadisə Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb.
Belə ki, həmin təbiət qoruğuna daxil olan "Əli daşı pirindən tarixi eksponat oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə "Yanardağ ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq ve qədim məscid, "Qotur su bulağı, "Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.