Azərbaycanda siqaretlərin qiymətinin yenidən kəskin bahalaşacağı gözlənilir.
Bu barədə Unikal.org-a siqaret ticarəti ilə məşğul olan sahibkarlar məlumat verib. Adının mediada açıqlanmasını istəməyən sahibkar bildirib ki, Azərbaycanda dolların bahalaşması bu sahə ilə məşğul olanları belə addım atmağa məcbur edib.
Qeyd edək ki, Azərbaycana ən çox Rusiya, Ukrayna, Gürcüstan və İsveçrədən müxtəlif siqaretlər gətirilir. Əldə etdiyimiz daha bir məlumata görə, artıq Gürcüstandan Azərbaycana siqaret idxalı dayanırılıb. Eyni zamanda Azərbaycanda iri topdan satış mərkəzlərində də siqaretin satışının dayandırıldığı qeyd olunur. Sahibkarlar bunu qiymətlərin yenidən kəskin artacağı ilə əlaqələndirirlər.
Xatırladaq ki, Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb. Bir sıra siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb.
Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Qiymət artımının qeydə alındığı siqaret markaları aşağıdakılardır:
- "LD" (nazik qutu) - 2.60 AZN (əvvəlki satış qiyməti - 2.30 AZN)
- "LD" (qalın qutu) - 2.30 AZN (2.00 AZN)
- "Winston" - 3.10 AZN (2.80 AZN)
- "Sobranie" - 3.70 AZN (3.30 AZN)
- "LD" (göy qutu) - 1.70 AZN (1.50 AZN)
- "LD" (ağ qutu) - 1.60 AZN (1.40 AZN)
- "Winchester" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Winchester" (qalın qutu) - 1.40 AZN (1.20 AZN)
- "More" - 1.20 AZN (1.00 AZN)
- "Yava" - 1.20 AZN (1.00 AZN)
- "Viceroy" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Viceroy" (nazik qutu) - 2.30 AZN (2.00 AZN)
- "Rothmans" (compact) - 2.30 AZN (2.00 AZN)
- "Rothmans" (nazik qutu) - 2.60 AZN (2.30 AZN)
- "West" (qalın qutu) - 1.50 AZN (1.30 AZN)
- "West" (compact) - 1.70 AZN (1.50 AZN)
- "Classic" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Classic" (uzun) - 1.60 AZN (1.40 AZN)
- "Classic" (qalın qutu) - 1.40 AZN (1.20 AZN)
- "Prima" - 1.20 AZN (1.00 AZN)
- "P&S" - 2.30 AZN (2.00 AZN)
- "West" (nazik qutu) - 2.60 AZN (2.30 AZN)