Unikal.org Xezerxeber.com-a istinadən xəbər verir ki, sərnişindaşıma qaydalarının kobud şəkildə pozulması faktları ilə bağlı dəfələrlə xəbər verməyimizə baxmayaraq, təəssüf ki, belə halların kökü kəsilmir. Hələ də, xüsusilə də paytaxt Bakıda sərnişinlərin həyatının təhlükəyə atılması ilə müşayiət olunan hadisələr qeydə alınır. Təbii ki, bu məsələdə sərnişinlərin də günahları az deyil.
Həyatlarını təhlükəyə atırlar. Sürücü isə buna mane olmaq əvəzinə, qayda pozuntusuna da şəraitdə yaradır. Hətta avtobus sərt döngədən dönməsinə baxmayaraq, qabaq qapıdan sallaşan sərnişin bir ayağını havada yellədir.
Görüntülər Zabrat qəsəbəsi və "Koroğlu" metrostansiyasi istiqamətinə hərəkət edən 198 saylı marşurt avtobusundandır. Arxada hərəkət edən avtomobildə mobil telefonla qeydə alınan görüntülərdə həm avtobusun sürücüsü, həm də sərnişinlər qayda pozuntusuna yol verirlər. Sərnişinlər həyatlarını təhlükəyə ataraq avtobusun qapısından sallaşırlar.
Məsələ ilə bağlı 198 saylı marşurt avtobusunun sahibkarı Əlibaba Hənifəyevlə əlaqə saxladıq. Sahibkar "Xəzər Xəbər"ə bildirdi ki, faktla bağlı araşdırma aparılacaq və sürücü aşkar edilərək cəzalandırılacaq. Onun cəzası isə işini itirmək olacaq.
Qayda pozuntusuna Bakı Nəqliyyat Agentliyindən də mövqe bildirdilər. Qurumdan dedilər ki, qayda pozuntusu ilə bağlı həm sürücü, həmdə marşurt avtobusunun sahibkarı barəsində lazımi tədbirlər görüləcək.