Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazir sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşünə qatılacaq.
E. Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.