Xəbər verdiyimiz kimi, Bakıda 36 həftəlik hamilə olan qadın Dilarə Babayeva körpəsi ilə birgə vəfat edib.
Unikal.org Femida.az-a istinadən xəbər verir ki, xanım Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub.
1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.
Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb.
Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir.