Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Unikal.org-un məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 1975-ci il təvəllüdlü Z.Nəsrullayevin üzərindən kustar üsulla hazırlanmış 1 kq 600 qram narkotik vasitə aşkarlanıb.

Z.Nəsrullayev 2008-ci ildə Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Nizami rayon məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.