Bir insanın ölümünə, digərinin isə yaralanmasına səbəb olan ulağın sahibi polis tərəfindən axtarılır.
Unikal.org xəbər verir ki, Türkiyənin Balıkəsirdə Sındırgı bölgəsi istiqamətinə gedən 37 yaşındakı Güngör Özcanın idarə etdiyi 10 Y 6544 nömrəli avtomobil, dünən saat 20.00 radələrində anidən yola çıxan eşşəklə toqquşub. Nəticədə sürücü ağır yaralanıb, onun 10 yaşlı oğlu Məhəmməd Yunus Özcan dünyasını dəyişib.
Hadisə nəticəsində eşşək də tələf olub.
Qəzayla bağlı polis istintaqa başladı. Qəzaya səbəb olan eşşəyin sahibinə cinayət işi açıldı. Hazırda eşşəyin sahibinin axtarışı davam etdirilir.