ABŞ prezidenti Barak Obama informasiya texnologiyaları mövzularında ixtisaslaşmış "Wired dərgisinin noyabr buraxılışının redaktoru olacaq.

Unikal.org-un İKT.lent.az-a istinadən xəbərinə görə, bu haqda dərginin saytında məlumat verilib.

Bildirilir ki, noyabr buraxılışının mövzusu gələcəkdə informasiya texnologiyalarının siyasətə təsiri məsələsi olacaq. Baş redaktor Skott Dadiç deyib ki, bu mövzunun araşdırılmasına Obamadan yaxşı kömək edən olmaz.

Bu, fəaliyyətdə olan prezidentin dəvət olunmuş redaktor qismində hər hansı dərgiyə redaktorluq etməsi ilə bağlı ilk fakt olacaq.

Oktyabrın 13-də Ağ Ev "Wiredın noyabr sayına həsr olunmuş xüsusi mətbuat konfransı keçirəcək.