Referendumla əlaqədar seçki bülletenlərinin seçki dairələrinə və seçki məntəqələrinə paylanmasına sentyabrın 11-dən başlanması planlaşdırılır.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib.

M.Pənahov xatırladıb ki, 2015-ci il noyabrın 1-də keçirilən seçkilərdə bülletenlərin paylanmasına seçkilərə 10 gün qalmış başlanıb: "Hesab edirəm ki, bu dəfə səsverməyə 15 gün qalmış bülletenlərin paylanması kifayət edər.

M. Pənahov sentyabrın 1-dən etibarən dairə seçki komissiyaları üçün treninqlərin başlayacağını da açıqlayıb. Tədbirlərdə DSX sədrləri və müvafiq şəxslər iştirak edəcəklər.